Xəzər sammitində birgə siyasi bəyanat razılaşdırılıb

Xəzər sammitində birgə siyasi bəyanat razılaşdırılıb
# 29 sentyabr 2014 14:16 (UTC +04:00)

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, bəyanatda ilk dəfə olaraq Xəzərin hüquqi statusu barədə gələcək razılaşmalar əksini tapıb.

“Ən əsası, birgə siyasi bəyanat barədə razılığa gəlmişik və bu bəyanatda Xəzərdə beştərəfli əməkdaşlığın əsas prinsipləri qeyd olunub. Əldə olunmuş razılaşmalar bütün ölkələrin uzunmüddətli maraqlarına cavab verir”, – deyə V. Putin əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR