Nazir: “Böyük Britaniya İraqa qoşun göndərmək niyyətində deyil”

Nazir: “Böyük Britaniya İraqa qoşun göndərmək niyyətində deyil”
# 23 avqust 2014 08:38 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Böyük Britaniya İraqa qoşun göndərmək niyyətində deyil.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Böyük Britaniyanın xarici işlər naziri Filipp Hammond çıxış edib.

“Bizim belə planımız yoxdur. Məsələ ondadır ki, İraqa qoşun göndərmək bu ölkədə yaranmış problemləri həll edə bilməz. “İslam Dövləti” hazırda vəziyyəti gərginləşdirməyə çalışır. Bizsə onlara yeni könüllülər toplamaq üçün şərait yaratmaq istəmirik”, - deyə F. Hammond qeyd edib.

F. Hammondun sözlərinə görə, silahlı islamçıları ancaq kompleks tədbirlərlə məğlub etmək olar: “Bura diplomatik səylər də daxildir, həmçinin yerli əhaliyə onlara qarşı mübarizədə silah yardımı göstərmək lazımdır. Ancaq hərbi müdaxilə ilə döyüşdə qalib gəlmək mümkün deyil, bunu hər kəs anlamalıdır”.

Qeyd edək ki, bundan əvvəl Britaniyanın müdafiə naziri Maykl Fellon Britaniyanın İraqla bağlı humanitar planlarının dəyişəcəyini bildirmişdi. Bundan sonra isə Britaniya hökuməti İraq səmasında kəşfiyyatçı təyyarələrinin sayını artırmaq barədə qərar qəbul etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR