FHN 2015-ci ilin I rübündə Azərbaycanda baş verən təbii və texnogen hadisələrin statistikasını açıqlayıb

FHN 2015-ci ilin I rübündə Azərbaycanda baş verən təbii və texnogen hadisələrin statistikasını açıqlayıb
# 16 aprel 2015 10:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2015-cü ilin I rübündə respublikada baş verən təbii və texnogen hadisələrin statistikasını açıqlayıb.

FHN-dən APA-ya verilən məlumata görə, 2015-ci ilin I rübü ərzində respublika ərazisində 7 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü ilin I rübü ilə müqayisədə 9 hadisə və ya 56% azdır. Partlayışlar zamanı 1 nəfər həlak olub, 9 nəfər xəsarət alıb.

Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq, 1336 çıxış edilib. Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 34 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü ilə müqayisədə yanğından xəsarət alanlar üzrə 6 nəfər və ya 21% çoxdur. Yanğınların söndürülməsi zamanı 5 nəfər xilas edilib, 233 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

3 ayda ölkədə 1386 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin I rübü ilə müqayisədə 747 hadisə və ya 35% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 17 nəfər həlak olub, 43 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 22 nəfər xilas edilib, 249 nəfər təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR