Milli Məclisin deputatları QDİƏT toplantısında iştirak edəcəklər

Milli Məclisin deputatları QDİƏT toplantısında iştirak edəcəklər
# 18 oktyabr 2014 08:52 (UTC +04:00)

Bakı - APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev və nümayəndə heyətinin üzvü Musa Quliyev oktyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcək. Milli Məclisdən APA-ya verilən xəbərə görə, millət vəkilləri burada təşkilatın Daimi Komitəsinin üzvləri ilə qurumun rəhbər şəxsləri arasında keçiriləcək birgə görüşdə iştirak edəcəklər.

Toplantıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi arasında əlaqələrin genişləndirilməsi, gələcək fəaliyyət istiqamətləri, birgə tədbirlərin təşkili və digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər oktyabrın 21-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR