Gürcüstandan Azərbaycana qaçaqmal mobil telefonların gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qaçaqmal mobil telefonların gətirilməsinin qarşısı alınıb
# 29 mart 2013 09:22 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan gömrükçüləri ölkəyə Gürcüstandan qaçaqmal yolu ilə mobil telefonların gətirilməsinin qarşısını alıblar. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan gələn Azərbaycan vətəndaşı Elviz Qurbanovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin avtomobildən “Asha 308”, “Nokia X2”, “Nokia 101”, “Nokia 1280”, “Nokia 311”, “Samsung Champ” və “Samsung E2232” markalı, cəmi 32 ədəd mobil telefon, həmçinin müxtəlif mobil telefonlara aid aksesuarlar - 103 ədəd akkumulyator, 50 ədəd qidalandırma cihazı və 15 ədəd karton qutu aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR