Bakıda inşa olunan yeraltı keçidin yaxınlığında torpaq çöküb

Bakıda inşa olunan yeraltı keçidin yaxınlığında torpaq çöküb
# 24 aprel 2013 10:05 (UTC +04:00)

Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, sözügedən ərazidə ASC tərəfindən 3 tunel, 1 yol qovşağı və bir neçə yeraltı piyada keçidi inşa olunur: «Tikinti işləri aparılan ərazidə bu gün səhər saat 05:00 radələrində diametri 326 mm olan su borusunun çatlaması nəticəsində sözügedən ərazini su yuyub və nəticədə çöküntü əmələ gəlib. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Su borusunda olan problem aradan qaldırıldıqdan sonra, «Azəryolservis» tərəfindən lazımi material ayrılacaq və kipləşdirmə işləri həyata keçiriləcək».

Yeraltı piyada keçidinə gəldikdə, P.Mürsəliyev bildirib ki, keçidin tikinti işlərinin təxminən 95%-i yerinə yetirilib və keçidin may ayı ərzində istifadəyə verilməsi gözlənilir.

Neftçilər prospektində Azadlıq meydanında təzə inşa olunmuş yeraltı avtodayanacağın üstündə əmələ gələn çöküntüyə gəldikdə isə, ASC-nin rəsmisi bildirib ki, burada aparılan işlər Bakı şəhəri İcra Hakimiyyətinə aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR