DAK həmsədri Sabir Rüstəmxanlı ABŞ-da bir sıra görüşlər keçirib

DAK həmsədri Sabir Rüstəmxanlı ABŞ-da bir sıra görüşlər keçirib
# 27 aprel 2013 15:02 (UTC +04:00)

Bakı-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-a səfəri çərçivəsində Dövlət Departamentində və Konqresdə görüşlər keçirib. VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət Departamentində keçirilən görüş zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bununla yanaşı İranda azərbaycanlıların problemləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sabir Rüstəmxanlının ABŞ Konqresində İran azərbaycanlılarının hüquqlarının müdafiəsinə dair qətnaməni təqdim etmiş Kaliforniya konqresmeni Dana Rohrabakerlə görüşü olub. Görüş zamanı DAK həmsədri konqresmen Rohrabaçerə İranda etnik azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulması, azərbaycanlı milli fəalların həbsxanalara salınması, azərbaycanlıların mədəni və dil hüquqları uğrunda apardığı mübarizə ilə bağlı məlumat verib. Sabir Rüstəmxanlı ABŞ hökuməti tərəfindən İranda azərbaycanlıların vəziyyətinə diqqətin artdığının hiss olunduğunu bildirib.

Konqresmen Dana Rohrabaker “Amerikanın Səsi”nin suallarını cavablandıraraq deyib ki, ABŞ hökuməti İranda Azərbaycan türklərinin azadlıqlar və öz mədəni hüquqları uğrunda mübarizəsinə dəstək məqsədilə maarifləndirmə səylərini artırmalıdır. O bu istiqamətdə addımların atıldığını vurğulayıb. Konrqesmen Rohrabaker bildirib ki, o, “Amerikanın Səsi”nin İranda azərbaycanlılar üçün Azərbaycan türkcəsində proqramlar yayımlaması ilə bağlı Konqresə layihə təqdim edib və bu haqda müraciətlə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR