TQDK səyyar Sənəd Qəbulu Komissiyaları yaradacaq

TQDK səyyar Sənəd Qəbulu Komissiyaları yaradacaq
# 04 may 2015 08:25 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək, onların vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün səyyar SQK-lar yaradacaq.

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə deyib ki, komissiyanın respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin - Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-ları fəaliyyət göstərəcək. Bunun nəticəsində ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq elətdirə biləcəklər.

Səyyar sənəd qəbulu komissiyaları ümumilikdə mayın 5-dən 18-dək fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR