Azərbaycanda bir neçə rayonun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanda bir neçə rayonun qaz təchizatı məhdudlaşdırılır
# 28 avqust 2014 07:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanınn bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 11:00-dan 18:00-dək Samux və Lənkəran rayonlarının bir hissəsinə, həmçinin saat 16:00-dək Göyçay rayonunun Qarayazı və Qaraməryəm kəndlərinə, saat 18:00-dək Şamaxı rayonunun Qurdtəpə, Meysəri və Muğanlı kəndlərinə, Ağsu rayonunun isə Dilman və Xatman kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR