Cəlilabadda fərdi evdə yanğın olub

Cəlilabadda fərdi evdə yanğın olub
# 27 fevral 2015 07:58 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Sabirabad kənd sakini Zərifə Ziyad qızı Hüseynovaya məxsus fərdi yaşayış evində qeydə alınıb. Evin otaqlarının birindən başlayan yanğının əhatə dairəsi tez bir zamanda genişlənib. Hadisə zamanı evdə heç kim olmadığından bundan ilk xəbər tutanlar da qonşular olub. Elə onlar Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə dərhal 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunmaqla yanğının qarşısı alınıb. Evdəki məişət əşyalarının bir qismi yanğından mühafizə olunsa da, ümumi sahəsi 88 kv.m olan mənzilin 33 kv. metrlik ərazisi içindəki əşyalarla bilikdə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğının elektrik naqillərində baş verən qısaqapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR