“DəmirBank” “Güzəştli kredit” aksiyasının şərtlərini dəyişib

“DəmirBank” “Güzəştli kredit” aksiyasının şərtlərini dəyişib
# 25 noyabr 2014 08:14 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev-APA-Economics. “DəmirBank” nağd pul krediti götürmək istəyənlər üçün “Güzəştli kredit” aksiyasında yeniliklər edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, müştərilər artıq 5 000 manatadək nağd pul kreditini illik faiz dərəcəsində 10% endirimlə əldə edə bilərlər. Bununla yanaşı, öncəki aksiyada olduğu kimi, bu askiyada da “DəmirTaksit” kartı müştəriyə pulsuz təqdim olunur.

“Güzəştli kredit aksiyası” 31 yanvar 2015-ci il tarixinədək davam edəcək.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, mebel və məişət texnikası kreditləri və digər istehlak kreditləri mövcuddur.

Qeyd edək ki, ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR