Ermənistanın atəşkəsi pozması nəticəsində yaralanan Azərbaycan əsgərləri müalicə üçün Türkiyədədir

Ermənistanın atəşkəsi pozması nəticəsində yaralanan Azərbaycan əsgərləri müalicə üçün Türkiyədədir
# 09 avqust 2014 22:56 (UTC +04:00)

APA-nın Habertürk-ə istinadən verdiyi xəbərə görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı kordinatorluğunun təşəbbüsü ilə Səhiyyə Nazirliyinin təcili yardım təyyarəsi ilə Ankaraya gətirilən əsgərləri, Esenboğa Hava limanı Baş Aviasiya terminalında Baş nazir müavini Emrullah Işlər, Sağlamlıq nazirinin müavini Agah Qafqaz, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, TİKA sədri Serdar Şam, Baş qərargah Mətbuat və İctimaiyyətlə Əlaqələr Dairə Başçısı general Ərtoğrul Qazi Özkürkçü, Səhiyyə Nazirliyi Təcili Səhiyyə Baş direktoru Osman Arıkan Nacar qarşılayıb.

Əsgərlərdən Ədalət Məmmədov Ankara Təhsil və Araşdırma Xəstəxanasına, Elvin Əsgərov ilə Sərxan Tahirzadə Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Səhiyyə Nazirliyi Təcili Səhiyyə Baş direktoru Osman Arıkan Nacar əsgərlərin sağlamlıq vəziyyəti ilə əlaqədar məlumat verib. Yaralılardan birinin vəziyyətinin ciddi olduğunu, digərlərinin vəziyyətinin isə yaxşı olduğunu deyən Nacar, əsgərlərdən birinin qıçlarını itirdiyini digər ikisində isə qarın içi zədə aldığını söyləyib. Nacar, ümumi vəziyyəti pis olan xəstənin eyni zamanda gözünü də itirdiyini bildirib. Əsgər Tahirzadə, sağlamlığının yaxşı olduğunu, müalicə üçün Türkiyəyə gətirildiyindən məmnun duyduğunu dilə gətirərək, ona burada yaxşı baxıldığını və yaxından maraqlanıldığını deyib. Türkiyənin hər cür imkanının səfərbər ediləcəyini vurğulayan nazir müavini Agah Qafqaz, təcili yardım təyyarələrin dünya standartlarına uyğun olduğunu, texniki təchizatın da inkişaf etmiş səviyyədə olduğunu bildirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR