Böyük Britaniyanın TWI şirkəti ARDNŞ-la əməkdaşlıq etmək niyyətindədir

Böyük Britaniyanın TWI şirkəti ARDNŞ-la əməkdaşlıq etmək niyyətindədir
# 01 may 2013 10:01 (UTC +04:00)

Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətin fəaliyyət istiqamətləri və kadr hazırlığı barədə qonaqlara məlumat verib.

Öz növbəsində R.Razmjo TWI şirkətinin Kembric Universitetinin tərkibində 1946-cı ildən fəaliyyət göstərdiyini vurğulayıb və qeyd edib ki, şirkətin fəaliyyətinin əsas hissəsini təlim və sertifikatlaşdırma tutur və bu istiqamətdə BP, «Shevron», «Shall», «Statoil» və digər neft şirkətlərlə əməkdaşlıq edir. R.Razinjo həmçinin, ARDNŞ-la əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Daha sonra TWI şirkətinin Azərbaycan üzrə meneceri Kərim Şəkuri təmsil etdikləri şirkətin «Sualtı təlim Proqramı» barədə təqdimatla çıxış edib. Təmsil etdiyi institutun – TWI şirkətinin bir sıra xarici təşkilatlar ilə əməkdaşlıq şəraitində təlim, məsləhət, sertifikatlaşdırma, müasir texnologiyaların təchizatı kimi baza xidmətləri göstərdiyini, eləcə də peşəkar qaynaqçıların hazırlanması, sertifikatlaşdırılması və beynəlxalq qaynaq mühəndisliyinə dair təlim kurslarının təşkili sahəsində dünyada aparıcı rola malik olduğu bildirib və qeyd edib ki, bu proqrama əsasən hər il dünyanın 16 ölkəsində 15 mindən çox dinləyiciyə təlim keçilir. ARDNŞ-la birlikdə Mərkəzi Asiya üçün Mükəmməlik Mərkəzi yaratmağı planlaşdıran Qaynaq İnstitutunun təmsilçisi bu istiqamətdə görülməli olan işlər barədə də məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR