“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi Gürcüstanın təcrübəsi əsasında hazırlanıb

“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi Gürcüstanın təcrübəsi əsasında hazırlanıb
# 03 may 2013 13:41 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında yeni hazırlanan “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin müəlliflərindən olan Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, qanun Gürcüstandakı mövcud qanunun bazası üzərində hazırlanaraq yerli şəraitə uyğunlaşdırılıb: “Qanunda bir çox məhdudiyyətlər, sanksiyalar nəzərdə tutulur ki, gələcəkdə Dağlıq Qarabağda iş qurmuş şirkətlər konkret seçim etsinlər - ya Azərbaycan, ya da işğal olunmuş Dağlıq Qarabağ”.

Q.Həsənquliyevin sözlərinə görə, layihə dünya ölkələrinin Xarici İşlər nazirliklərinə göndərilib və dünya mətbuatında müzakirəsi barədə çalışılır. Layihə müəllifi bildirir ki, qanun layihəsində işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları, işğalçı dövlətlə münasibətlərin tənzimlənməsi, işğal edilmiş ərazilərdə insan hüquqlarının və mədəni irsin qorunması və sair məsələlər konkret hüquqi formada təsbit olunub. 12 maddədən ibarət olan qanun layihəsinin yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR