Azərbaycan və Gürcüstan Kür çayının su ehtiyatlarının idarə olunması üzrə saziş layihəsini müzakirə ediblər

Azərbaycan və Gürcüstan Kür çayının su ehtiyatlarının idarə olunması üzrə saziş layihəsini müzakirə ediblər
# 02 may 2013 08:56 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Tiflisdə Gürcüstan və Azərbaycan nümayəndələri arasında Kür çayının su ehtiyatlarının idarə olunması üzrə ikitərəfli saziş layihəsinin müzakirəsi keçirilib. APA-nın xəbərinə görə, danışıqlar ATƏT və BMT-nin Avropa İqtisadi Komissiyasının “Ətraf mühit və təhlükəsizlik” adı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində təşkil olunub.

Saziş layihəsi demək olar ki, hazırdır və əlavə müzakirə tələb edən bir neçə razılaşdırılmamış məqam qalıb.

Avropa İqtisadi Komissiyasından bildiriblər ki, Kürdə suyun keyfiyyətinin pisləşməsi, ekosistemin deqradasiyası, su basmalar və sahilin eroziyası iki sahil dövləti arasında həll edilməli olan problemlərin yalnız bir qismidir. Bu məsələlər hazırlanan saziş layihəsində əksini tapıb. Layihədə Kür hövzəsinin su ehtiyatlarının rasional istifadəsi üzrə birgə komissiyanın yaradılması da nəzərdə tutulur.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR