İlin əvvəlindən Azərbaycan banklarının aktivləri 15,5% artıb

İlin əvvəlindən Azərbaycan banklarının aktivləri 15,5% artıb
# 03 oktyabr 2014 08:28 (UTC +04:00)

Bakı - APA-Economics. Cari il avqustun 1-nə Azərbaycanda bankların ümumi aktivləri 23 mlrd. 546,9 mln. manat təşkil edir.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən verdiyi xəbərə görə, bu ilin yanvarın 1-nə bankların ümumi aktivləri 20 mlrd. 385,1 mln. manat təşkil edib. Beləliklə, banklar yanvar-avqust aylarında aktivlərini 15,5% artırıblar.

Sentyabrın 1-nə bankların kredit qoyuluşları 16 mlrd. 806,8 mln. (12,1%-lik artım), məcmu kapitalı isə 3 mlrd. 864,8 mln. manat (12,8%-lik artım) təşkil edib.

Statistikaya əsasən, banklarda yerləşdirilən əhalinin əmanətləri 9,3% artaraq 6 mlrd. 992,8 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR