Azərbaycanda daha bir şirkət broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb

Azərbaycanda daha bir şirkət broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb
# 31 oktyabr 2014 06:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Xalq Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR