Ələt-Astara yolunu inşa edən İtaliya şirkətinin sürücüləri etiraz aksiyası keçiriblər - YENİLƏNİB - FOTOSESSİYA

Ələt-Astara yolunu inşa edən İtaliya şirkətinin sürücüləri etiraz aksiyası keçiriblər - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 29 aprel 2013 11:11 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Azərbaycanda Ələt-Astara avtomobil yolunun inşası layihəsində əsas podratçı qismində çıxış edən İtaliyanın «Todini» şirkətinin yük maşınlarının sürücüləri aksiya keçirib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyandan “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib.

Şirkətin 60-dan çox yük maşınının sürücüsü əmək haqlarının aşağı olmasından narazıdırlar.

“Todini” şirkətinin rəhbərliyi artıq sürücülərlə görüşüb, sürücülərin əmək haqlarının minimum 500 manat olacağı haqda razılaşma əldə edilib. Razılaşmadan sonra sürücülər iş başına qayıdıblar.

***

Saat 12:13

Salyan. Əlibəy Zeynallı - APA. Azərbaycanda Ələt-Astara avtomobil yolunun inşası layihəsində əsas podratçı qismində çıxış edən İtaliyanın «Todini» şirkətinin yük maşınlarının sürücüləri aksiya keçirir.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyandan “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, şirkətin 60-dan çox yük maşınının sürücüsü əmək haqlarının aşağı olmasından narazıdırlar. Buna görə də sürücülər işi dayandıraraq şirkətin Salyandakı ərazisinə yığışıblar və rəhbərliyin məsələyə münasibət bildirməsini gözləyirlər.

Şirkət rəhbərliyinin sahəyə gəlişi gözlənilir. “Todini” şirkətinin məsələyə münasibətini hələlik öyrənmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR