Dünya çempionatında uğur qazanan Azərbaycan güləşçiləri Vətənə qayıdıb - FOTO - VİDEO

Dünya çempionatında uğur qazanan Azərbaycan güləşçiləri Vətənə qayıdıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 avqust 2015 04:22 (UTC +04:00)

APA-nın məlumatına görə, Heydər Əliyev adına hava limanında onları Azərbaycan Güləş Federasiyasının nümayəndələri və yaxınları qarşılayıblar.

Qeyd edək ki, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Nurməhəmməd Hacıyev, Mahir Əmiraslanov, Teymur Məmmədov, Səid Həmidov qızıl, Arif Hüseynov isə bürünc medal qazanıb.

Komanda hesabında 58 xal toplayan yığmamız çempionatı ikinci sırada başa vurub. İran 62 xalla birinci, Rusiya 49 xalla üçüncü yerdə qərarlaşıb. Qızıl medalların sayına görə isə, sərbəst güləş yığmamız bütün komandaları qabaqlayaraq yeni bir tarix yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR