Gürcüstanın baş prokuroru prezidentdən ifadə almağın mümkün olmadığını bildirib

Gürcüstanın baş prokuroru prezidentdən ifadə almağın mümkün olmadığını bildirib
# 16 aprel 2013 15:29 (UTC +04:00)

APA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bunu Mixail Saakaşvilinin 2008-ci ilin avqust müharibəsi ilə bağlı istintaqa çağırılmasının mümkün olub-olmadığı haqda sualı cavablandıran baş prokuror Arçil Kbilaşvili deyib. O bildirib ki, qanuna əsasən prezidenti ifadə verməyə məcbur etmək olmaz, prezidentin səlahiyyətləri sona çatdıqdan sonra isə bu məsələyə qayıtmaq mümkündür.

Xatırladaq ki, baş nazir Bidzina İvanişvili 2008-ci ilin avqustunda baş verən müharibə ilə bağlı M. Saakaşvilinin dindirilə biləcəyini söyləyib.

M. Saakaşvilinin səlahiyyət müddəti 2013-cü ildə başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR