Nazir: "Azərkosmos"un fəaliyyəti üçün cəlb olunan kreditlər 2016-cı ildən öz gəlirləri hesabına ödəniləcək"

Nazir: "Azərkosmos"un fəaliyyəti üçün cəlb olunan kreditlər 2016-cı ildən öz gəlirləri hesabına ödəniləcək"
# 13 iyul 2015 14:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Maliyyə Nazirliyi tərəfindən koordinasiya olunan "Azərkosmos" ASC-nin səmərəli fəaliyyəti nəticəsində ötən il ixracdan 9 mln. ABŞ dolları, bu il isə 16 mln. ABŞ dolları gəlir götürülməsi planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Ə Abbasovun Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

"Təxminən 6-8 milyon ABŞ dolları da Maliyyə Nazirliyi tərəfindən əlavə edilərək kreditlərin qaytarılması həyata keçirilir. "Azərkosmos" ASC-nin planlarına görə, 2016-cı ildən kreditlər öz gəlirləri hesabına ödəniləcəkdir", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR