MSK Müsavat Partiyası namizədlərinin şikayətini təmin etməyib

MSK Müsavat Partiyası namizədlərinin şikayətini təmin etməyib
# 05 noyabr 2015 14:03 (UTC +04:00)


Bakı. Etibar Məmmədov – APA. Mərkəzi Seçki Komissiyasının iclasında Müsavat Partiyası üzvlərinin şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, müraciətdə Müsavatın seçkilərdə iştirakı dayandırmasına baxmayaraq, namizədlərin adlarının seçki bülletenlərindən çıxarılmamasına etiraz edilib, dairə seçki komissiyalarının müvafiq qərarlarının ləğvi tələb olunub. O deyib ki, araşdırma zamanı məlum olub ki, Müsavatın namizədləri dairə üzrə lider namizəddən dəfələrlə az səs yığıblar: “Buna görə də seçicilərin öz seçimini azad ifadə etmədiyi barədə şikayətlər əsassızdır. MSK-nın 29 oktyabr tarixli qərarını Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Bu qərarda göstərilir ki, partiya seçkiyə 10 gün qalmış seçkilərdə iştirakı dayandıra bilər. Bu baxımdan şikayətlərin heç bir əsası yoxdur”.

MSK sədri Məzahir Pənahov da qeyd edib ki, Müsavat namizədlərinin şikayəti öz mənasını itirib. Belə ki, namizədlərin adlarının seçki bülletenindən çıxarılmaması ilə bağlı məsələyə artıq MSK dəfələrlə münasibət bildirib.

Səsvermə nəticəsində şikayət təmin edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR