DBX rəisi: ““Nodulyar dermatit” xəstəliyindən bir heyvan ölümü belə qeydə alınmayıb”

DBX rəisi: ““Nodulyar dermatit” xəstəliyindən bir heyvan ölümü belə qeydə alınmayıb”
# 23 iyul 2014 10:10 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova deyib.

S. Rüstəmova bildirib ki, bu vaxtlar istilərlə bağlı mövsümü xəstəliklərə təsadüf olunur: “Ola bilər ki, heyvanlar həmin mövsümü xəstəlik olan qan-parazitar xəstəliyindən ölürlər. Bu günə olan məlumata görə, “Nodulyar dermatit” virus xəstəliyi ilə bağlı 4 rayon üzrə müalicədə olan 85 baş heyvan var”.

Onun sözlərinə görə, bu xəstəliyin Cəlilabad, Biləsuvar, Ucar və Ağdaş rayonundan kənara çıxmasına imkan verilməyib: “Bazarların bağlanmasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bizə köməklik göstərilib. Bununla bağlı cənab nazirin göstərişi olub. Oradakı mal bazarları bağlanıb. Hazırda epizootik vəziyyət Baytarlıq Xidmətinin tam nəzarəti altındadır. Xəstə heyvanların müalicəsi davam edir və hansı məntəqədə xəstəlik baş veribsə, onlarla qonşu kəndlərin hamısında profilaktik tədbirlər aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR