Topaz Premyer Liqasının X turunun oyun cədvəli açıqlanıb

Topaz Premyer Liqasının X turunun oyun cədvəli açıqlanıb
# 26 oktyabr 2015 14:53 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının X turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, II dövrənin ilk turu eyni gündə baş tutacaq.

Qarşılaşmalardan üçü saat 17:00-da başlayacaq. I dövrənin qalibi “Qəbələ”nin AZAL-la oyunu da bu vaxt start götürəcəksə, liderin izləyiciləri “Qarabağ”la “İnter” 2 saat sonra meydana çıxacaq.

Ağdamlılar öz meydanında “Rəvan”la, “İnter” isə səfərdə “Neftçi” ilə üz-üzə gələcək.

Topaz Premyer Liqası
X tur
28 oktyabr (çərşənbə)

17:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – AZAL
Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “İnter”
8-ci km qəsəbə stadionu

19:00. “Qarabağ” – “Rəvan”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR