Erməni silahlı bölmələri yenidən atəşkəsi pozub

Erməni silahlı bölmələri yenidən atəşkəsi pozub
# 13 aprel 2013 07:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçuayrım kəndləri yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Tərtər rayonunun Çiləbürt və Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR