Eduard Şevardnadze dəfn olunub - FOTOSESSİYA

Eduard Şevardnadze dəfn olunub - <span style="color: red;">FOTOSESSİYA
# 14 iyul 2014 06:56 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze iyulun 13-də torpağa tapşırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, E. Şevardnadze ilə vidalaşma mərasimi Tiflisdəki Müqəddəs Üçlük Məbədində təşkil olunub.

Mərasimə Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, parlamentin sədri David Usupaşvili, müdafiə naziri İrakli Alasaniya, ABŞ-ın sabiq dövlət katibi Ceyms Beyker, Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyik etdiyi nümayəndə heyəti, ölkədə akkreditə olunan diplomatik korpus nümayəndələri, Gürcüstanda fəaliyyət göstərən partiyaların rəhbərləri, beynəlxalq təşkilatlar və ümumilikdə 30-dək dövlətdən gələn nümayəndə heyəti qatılaraq, E. Şevardnadzenin ailəsinə, yaxınlarına başsağlığı veriblər.

Tədbirdə çıxış edən G. Marqvelaşvili, İ. Qaribaşvili, C. Beyker E. Şevardnadze haqqında fikirlərini bildiriblər. Mərasimdə çıxış edən mərhumun oğlu Paata Şevardnadze və nəvəsi Sofo Şevardnadze vida mərasiminə gələn qonaqlara təşəkkür ediblər.

Sonra E. Şevardnadze Krtsanisi iqamətgahında həyat yoldaşı Nanuli Şevardnadzenin yanında torpağa tapşırılıb.

Sabiq prezident iyulun 7-də 87 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR