Daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək
# 09 oktyabr 2014 14:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 12-də daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı Qızlar Universitetinin binasında saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.


Sənədlərin qəbulu iyunun 9-dan iyulun 9-dək Daxili İşlər Nazirliyi tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə sənəd verib.


İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Onlardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR