Tərtərdə partlamamış hərbi sursat aşkarlanıb

Tərtərdə partlamamış hərbi sursat aşkarlanıb
# 16 iyul 2016 14:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunda Partlamamış Hərbi Sursat (PHS) aşkar olunub. ANAMA-dan APA-ya verilən xəbərə görə, Tərtər rayonunun Qapanlı kəndində1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (Top mərmisinin partladıcısı - V429) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 16 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 622 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 591 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR