ADA Universitetində IV Ənənəvi Beynəlxalq Festival keçirilib - FOTOSESSİYA

ADA Universitetində IV Ənənəvi Beynəlxalq Festival keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 noyabr 2014 14:16 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ADA Universitetində IV Ənənəvi Beynəlxalq Festival keçirilib. APA-nın məlumatına görə, festivalda 40-dan çox ölkənin səfirlik və nümayəndəliyi milli stendlərlə iştirak edib. Stendlərdə ölkələrə aid məlumatları əks etdirən broşürlər, jurnal və kataloqlar, eləcə də milli mətbəx nümunələri gənclərə təqdim olunub. Festivalın keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaq olub.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən ADA-da təhsil alan beynəlxalq və yerli tələbələr də qatılıb.

Ukrayna səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Vadim Sidyaçenko tədbirə ilk dəfə qatıldıqlarını, tələbələrin diqqətindən çox məmnun qaldıqlarını söyləyib: ”ADA Universitetində təhsil alan ukraynalı gəncimiz də var, bu gün stenddə bizə dəstək verir. Gənclərinizin Ukraynaya olan marağından çox razıyırıq. Ukraynada 600 azərbaycanlı gənc müxtəlif ixtisaslar üzrə təhsil alır".

Festival zamanı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan haqqında məlumat masası, Azərbaycan milli rəqsləri və milli geyimlər də nümayiş etdirilib. Festival çərçivəsində ADA Universitetinin akt zalında təqdimatlar və konsert proqramı nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR