Şabranda bir neçə oğurluqda ittiham olunan şəxslər saxlanılıb

Şabranda bir neçə oğurluqda ittiham olunan şəxslər saxlanılıb
# 05 sentyabr 2015 13:20 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Şabran rayonunda bir neçə oğurluqda ittiham olunan 3 nəfərdən ibarət qrup zərərsizləşdirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, saxlanılanlar Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Şahbazov Elxan Lətif oğlu, Şabran rayon sakinləri - 1982-ci il təvəllüdlü Abdullayev Şahin Yaqub oğlu və 1996-cı il təvəllüdlü Yolçuyev Məhəmməd Əhməd oğludur.

Qrupun rəhbəri kimi təqdim olunan E. Şahbazovun kriminal aləmdə “tülkügöz” ləqəbi ilə tanındığı və bundan öncə 3 dəfə məhkumluq həyatı yaşadığı məlum olub. İlkin araşdırmalar zamanı qrup üzvlərinin rayon sakinlərinə məxsus 4 baş inək və at oğurladıqları da müəyyənləşib.

Onların digər oğurluq hadisələrində də iştirak etdiyi ehtimal olunur.

Hər üç şəxs barəsində Şabran rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində Cinayət Məcəlləsinin 177.2.3 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR