Ukrayna Dövlət Aviasiya Xidməti Rusiya aviaşirkətlərinə uçuşların məhdudlaşdırılması barədə bildirişlər göndərib

Ukrayna Dövlət Aviasiya Xidməti Rusiya aviaşirkətlərinə uçuşların məhdudlaşdırılması barədə bildirişlər göndərib
# 28 sentyabr 2015 11:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukrayna Dövlət Aviasiya Xidməti Rusiya aviaşirkətlərinə məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi barədə məlumat verildiyini açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Ukrayna Dövlət Aviasiya Xidmətinin mətbuatla iş üzrə idarəsinin rəhbəri Natalya Tetletskaya bildirib ki, müvafiq bildirişlər sentyabrın 25-də sanksiya siyahısına daxil olan şirkətlərə göndərilib.

Buna baxmayaraq ötən həftənin şənbə günü “Aeroflot” və “Sibir” aviaşirkətlərinin daxil olduğu S7 qrupu müvafiq bildiriş almadığını açıqlayıb.

Rusiya nəqliyyat naziri Maksim Sokolov isə açıqlamasında bildirib ki, Moskva Ukraynaya qarşı cavab tədbirləri görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR