Qubada 14 yaşlı oğlanı ilan sancıb

Qubada 14 yaşlı oğlanı ilan sancıb
# 21 avqust 2014 13:01 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Quba rayonunda ilan sancma faktı baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu, İsnov kənd sakini , 2000-ci il təvəllüdlü Vahabov Seyidmirzə Habil oğlunu öz həyətlərində ilan sancıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra S.Vahabov ambulator müalicə üçün evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR