BVF: Azərbaycan valyuta ehtiyatlarını qoruya biləcək

BVF: Azərbaycan valyuta ehtiyatlarını qoruya biləcək
# 08 iyun 2015 13:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Azərbaycan öz rəsmi qızıl və valyuta ehtiyatlarını qoruya biləcək".

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Hökumətin valyuta məzənnəsi siyasətinin ikili valyuta səbəti əsasında formalaşdığını deyən R. Almarzoqi qeyd edib ki, bu valyuta səbətində dollar əsas paya malikdir: "Fikrimizcə, devalvasiyadan öncə və sonra dövlət ehtiyatlarının, qızıl, valyuta ehtiyatlarının həcmi azalıb. Lakin son zamanlar artıq burda da sabitləşmə müşahidə edilir. Fikrimizcə, dövlət öz qızıl, valyuta ehtiyatlarının qoruya biləcək. Düşünürük ki, hökumət tərəfindən görülən bütün tədbirlər, həmçinin maliyyə sektorunun qiymətləndirilməsi üzrə missiyanın verdiyi tövsiyələr tətbiq edildikdən sonra maliyyə sektorunda sabitləşmə baş tutacaq və maliyyə sektorunun canlanmasının şahidi olacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR