Bakıda daha bir məscid kompleksi istifadəyə verilib

Bakıda daha bir məscid kompleksi istifadəyə verilib
# 22 iyun 2016 15:59 (UTC +04:00)

Bakı – APA. Bu gün Zirə Cümə məscidi kompleksi istifadəyə verilib.

APA-nın məlumatına görə, Məscid kompleksi Aydın Qurbanov adına Fond tərəfindən, xeyriyyəçi Aydın Qurbanovun oğlu Səməd Qurbanovun təşəbbüsü ilə inşa olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə yaradılan şəraitlə tanış olublar.

Müqəddəs Ramazan ayında yeni məscidin açılışı münasibətilə Azərbaycan xalqını təbrik edən M. Əliyeva son illər Azərbaycanda həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən yüzlərlə məscidin tikildiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti xüsusi qeyd edib ki, təkcə Xəzər rayonunda dörd məscid yenidən inşa olunub. M. Əliyeva Xəzər rayonunun sakinləri ilə hər görüşünü məmnunluqla xatırlayıb, fəaliyyətində onların dəstəyini, məhəbbətini hiss etdiyini vurğulayıb.

Heydər Əliyev Fondunun prezidentinə Qurani-Kərim hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR