Azərbaycanlı tədqiqatçının “Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyətinin materialları Avropa muzeylərində” monoqrafiyası nəşr olunub - FOTO

Azərbaycanlı tədqiqatçının “Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyətinin materialları Avropa muzeylərində” monoqrafiyası nəşr olunub - <span style="color: red;">FOTO
# 27 aprel 2015 11:43 (UTC +04:00)

N. Atəşi APA-ya bildirib ki, monoqrafiya Son Tunc və Erkən Dəmir dövründə Qafqazın bir çox ərazilərinə yayılmış Xocalı-Gədəbəy mədəniyyəti ilə bağlı araşdırmaların nəticələrindən ibarətdir.

“Monoqrafiyanın araşdırma obyekti olan materialların böyük əksəriyyəti hələ 19-cu əsrdən qeyri-qanuni olaraq Avropa muzeylərinə daşınmış arxeoloji tapıntılardır.

Monoqrafiyada sübut olunur ki, son 185 il ərzində Xocalı-Gədəbəy mədəniyyətinin tarixi bir çox Avropa alimləri tərəfindən saxtalaşdırılıb və bu mədəniyyətin daşıyıcısı olan qədim Azərbaycanın tarixində, coğrafiyasında, antropologiyasında çoxlu sayda elmi qüsurlara yol verilib”.

N. Atəşi Berlin şəhərinin Tarixəqədər və Qədim Tarix Muzeyində bu mədəniyyətə aid indiyə qədər araşdırılmamış olan bir neçə kolleksiya, orijinal qəbir hesabatları və digər əlyazmalar aşkar edərək elmi dövriyyəyə buraxdığını bildirib: “Alman alimləri tərəfindən son 150 ildə yazılmış tarixi, arxeoloji, etnoqrafik və antropoloji elmi əsərlər, orijinal qazıntı hesabatları və şəxsi əlyazmalar ilk dəfə olaraq məhz bu monoqrafiyada müqayisəli şəkildə təhlil edilir. Xocalı-Gədəbəy mədəniyyəti tarixinin bilərəkdən və ya bilməyərəkdən yazılan yanlışları burada elmi dəlillərlə təkzib olunur”.

Müəllif bütün bu yanlış nəşrlərin elmi diskussiyalara çıxarılmasını, elmi dövriyyədən kənarlaşdırılmasını, Xocalı-Gədəbəy mədəniyyətinin yenidən obyektiv surətdə tədqiq edilməsini beynəlxalq elm aləmi qarşısında bir tələb olaraq irəli sürdüyünü qeyd edib: “Monoqrafiyada Avropa elmini konkret elmi faktlar, kəskin sübutlar, ciddi obyektiv elmi nəticələr qarşısında qoyaraq, problemin həlli yollarını da göstərmişəm”.

Azərbaycanın hərb tarixində qadınların yerinin də tarixi arxeoloji tədqiqatlarla geniş yer aldığı monoqrafiya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının qərarı ilə Xəzər Universitetinin nəşriyyatında çap olunub.

N. Atəşi Xocalı-Gədəbəy mədəniyyətinin beynəlxalq tərəfdaşlarla yenidən tədqiq edilməsini nəzərdə tutan geniş bir elmi layihə də hazırlayaraq Almaniyanın və Azərbaycanın aidiyyəti orqanlarına təqdim etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR