Fikrət Qoca: “Müalicəm evdə davam edəcək”

Fikrət Qoca: “Müalicəm evdə davam edəcək”
# 23 fevral 2015 09:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Özümü yaxşı hiss edirəm, narahatlıq yoxdur. Evdəyəm, hələ işə çıxa bilmirəm. Mənə görə narahat olan, zəng vurub səhhətimlə maraqlanan hər kəsə təşəkkür edirəm”.

Bunu APA-ya açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca deyib.

Onun sözlərinə görə, İstanbuldakı müalicəsi tam başa çatıb: “İndi müalicəm evdə davam edir. Həkimlər iynə-dərman yazıblar, bir müddət ev şəraitində müalicə alacağam, sonra həkimə təkrar müraciət edəcəyəm. Səhhətimdə ümumi zəiflik var, bir müddətdən sonra inanıram ki, o da çəkilib gedəcək, yenə əvvəlki kimi sağlam olacağam”.

F.Qoca əlavə edib ki, müayinə üçün yenidən İstanbula getməyəcək.

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün İstanbula aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR