Lənkəran Dövlət Dram Teatrına aparıcı teatr statusu verilib

Lənkəran Dövlət Dram Teatrına aparıcı teatr statusu verilib
# 04 iyun 2015 12:37 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aparıcı teatr statusu alıb. Bu barədə məlumatı APA-nın cənub bürosuna teatrın direktoru Tofiq Heydərov verib. Onun sözlərinə görə, teatrın səmərəli yaradıcılıq fəaliyyəti və son illərdə əldə etdiyi nailiyyətlər nəzərə alınaraq bu ada layiq görülüb. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə iyun ayının 1-dən teatrda çalışan işçilərin əmək haqqı 25 faiz artırılıb. T.Heydərov yaradıcı kollektivə göstərilən yüksək etimadı əməli işlə doğruldacaqlarını bildirib: ”Çalışacağıq ki, bundan sonra da üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələk, hazırladığımız tamaşalarla Azərbaycan teatrının inkişafına töhfəmizi verək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR