Masallıda yeni məhkəmə binasının təməlqoyma mərasimi olub

Masallıda yeni məhkəmə binasının təməlqoyma mərasimi olub
# 14 iyun 2016 13:01 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Bu gün Masallı şəhərində rayon məhkəməsi üçün yeni binanın təməlqoyma mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun icra strukturları və hüquq-mühafizə orqanları rəhbərlərinin, ədliyyə işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov respublikada məhkəmələr üçün müasir infrastruktur yaradıldığını, ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olmuş yeni məhkəmə binalarının tikildiyini, bəzi yerlərdə isə yeni binaların təməli qoyularaq intensiv inşasına başlandığını bildirib.

Qeyd olunub ki, Masallı rayon məhkəməsinin ikimərtəbəli yeni binasında hakim otaqları, iclas, konfrans, məhkəmə zalları, arxiv olacaq.

Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətin başçısı Rafil Hüseynov rayonda gedən abadlıq-quruculuq işlərindən danışaraq, göstərilən diqqətə görə ölkə başçısına rayon ictimaiyyəti adından minnətdarlığını çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR