Sarkozi rəhbəri olduğu partiyanın adının dəyişdirilməsini təklif edib

Sarkozi rəhbəri olduğu partiyanın adının dəyişdirilməsini təklif edib
# 06 may 2015 04:28 (UTC +04:00)

Bakı-APA. Fransanın keçmiş prezidenti Nikolya Sarkozi rəhbəri olduğu “Xalq hərəkatı naminə birlik” partiyasının adının dəyişdirilməsi təklifi ilə çıxış edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Sarkozi partiyaya “Respublikaçılar” (Les Republicains) adının verilməsini təklif edib.

Bu qərarın partiyanın mayın 30-da keçiriləcək qurultayında səsverməyə qoyulacağı gözlənilir.

Nəşr siyasi büro üzvlərinin əksəriyyətinin təklifi dəstəklədiyi qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR