“Əl-Qaidə” Malidə hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

“Əl-Qaidə” Malidə hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb
# 20 noyabr 2015 20:25 (UTC +04:00)

Bakı-APA. “Əl-Qaidə” Malinin paytaxtı Bamakoda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, hücum "İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı" və “Əl-Murabitun” silahlıları tərəfindən birgə təşkil olunub.

Xatırladaq ki, noyabrın 20-də Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılıb. Son məlumatlara əsasən hadisə nəticəsində 27 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR