Bakıda polis bölməsinin rəisinə qarşı cinayətlə bağlı verilən hökmdən apellyasiya şikayəti verilib

Bakıda polis bölməsinin rəisinə qarşı cinayətlə bağlı verilən hökmdən apellyasiya şikayəti verilib
# 18 iyun 2016 17:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda polis bölməsinin rəisini bıçaqlamaqda və digər cinayətlərdə təqsirləndirilən şəxslər barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

 

APA-nın məlumatına görə, onlar şikayətlərində cəzalarının azaldılmasını istəyiblər. Apellyasiya şikayəti üzrə məhkəmə prosesinin ilkin baxış iclası iyunun 22-nə təyin edilib. Prosesə hakim Camal Ramazanov sədrlik edəcək.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Qəhrəmanov 9 il, Ceyhun Nifətliyev 6 il 6 ay, Anar Əliyev və Nurlan Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Onlar Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyevə qarşı xuliqanlıq cinayəti törətməkdə və onu bıçaqlamaqda ittiham olunublar.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR