İqtisadiyyat və Sənaye naziri Rumıniyanın Azərbaycandakı səfirini qəbul edib - FOTO

İqtisadiyyat və Sənaye naziri Rumıniyanın Azərbaycandakı səfirini qəbul edib - <span style="color: red;">FOTO
# 03 iyun 2015 15:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye naziri, Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunu qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”nin imzalanmasının ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verdiyini qeyd edib. İki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edən Ş.Mustafayev komissiyanın növbəti iclasının sentyabrda keçirilməsini təklif edib.

Görüşdə Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu iki ölkə arasında dostluq münasibətlərini qeyd edib. Bakıda keçiriləcək I Avropa Oyunlarında Rumıniyanın 200-dən çox idmançı, eləcə də rəsmi şəxslərlə təmsil olunacağını diqqətə çatdıran səfir D. Çiobanu qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Səfir iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün imkanları qeyd edib.

Görüşdə Azərbaycan və Rumıniya arasında əməkdaşlığın genişləndirilməsi, Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR