Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Ramil Məlikov tutulub. Şübhəli şəxsin üzərindən 0,153 qram heroin aşkar olunaraq, götürülüb. Ətrafında keçirilən əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 11-də 77 saylı xətt avtobusunda Bakı şəhər sakinləri – Aysel Xəlilovanın, noyabrın 15-də və 16-da 96 saylı xətt avtobusunda Xəyalə Manaflının, Zöhrə Salmanovanın əl çantalarından pul, sənədlər və bank kartlarını gizli yolla talayıb.
Faktla bağlı araşdırma aparılır.