Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Cahangirov Asim Məmməd oğlunu vuraraq hadisə yerindən qaçan sürücünün “Merdeses” markalı maşının sürücüsünün Bəşir Mühtümov olduğu müəyyənləşib. Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.