Paşha Bank
Bank Of Baku

Gəncədə tanınmış idmançının oğlunu qətlə yetirən şəxsin kimliyi məlum olub

Gəncədə tanınmış idmançının oğlunu qətlə yetirən şəxsin kimliyi məlum olub
# 18 iyun 2019 11:23 (UTC +04:00)

Gəncədə çay evində qətl törədən şəxsin kimliyi məlum olub.

APA-nın məlumatına görə, şəhərin mərkəzində yerləşən “Miraj” çay evinin qarşısında 1983-cü il təvəllüdlü Emin Məmmədov şəxsi münaqişə zəminində qisas almaq niyyəti ilə 1995-ci il təvəllüdlü Elnur Alıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı Emin Məmmədov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, mərhum E.Alıyev tanınmış idman ustası İlqar Alıyevin oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR