Göyçayda ev yanıb

Göyçayda ev yanıb
# 24 avqust 2015 16:42 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin M. Ə. Rəsulzadə küçəsi, dalan 6, ev 2 ünvanındakı mənzildə qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Məmmədov Əli Əliağa oğluna məxsus ümumi sahəsi 108 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı evin 20 kvadratmetrlik hissəsi yanıb, mənzilin qalan hissəsi alovdan xilas edilib.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR