Nihat Əli Özcan: "Suriyada sıxışdırılan İŞİD-çilərin Türkiyəyə keçməyə çalışacağı şübhə doğurmur" - MÜSAHİBƏ

Nihat Əli Özcan: "Suriyada sıxışdırılan İŞİD-çilərin Türkiyəyə keçməyə çalışacağı şübhə doğurmur" - <span style="color: red;">MÜSAHİBƏ
# 13 iyun 2016 10:06 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Orta Şərq, təhlkəsizlik və terror məsələləri üzrə Türkiyənin tanınmış mütəxəssisi, “Milliyet” qəzetinin köşə yazarı, NTV telekanalının şərhçisi Nihat Əli Özcanın APA-ya müsahibəsi

- Bizə daha əvvəl verdiyiniz şərhlərin hamısında terrorun təəssüf ki, davam edəcəyini demisiniz. Yenə eyni fikirdəsinizmi?

- Təəssüf ki, PKK terroru davam edəcək. Terror təşkilatları öz varlıqlarını bu şəkildə davam etdirə bilirlər. Təhlükəsizlik qüvvələri ağır zərbələr endirdikcə, PKK terror təşkilatı taktika dəyişdirərək öz aksiyalarının məkanını da, formasını da dəyişdirir. Keçən ilin payızından etibarən taktika dəyişdirən terror təşkilatı səhv etdi.

- Nə mənada səhv etdi?

- Terror hadisələrini dağ-dərədən və düzənlik bölgələrdən böyük şəhərlərə çəkərək, öz mənafeyi baxımından böyük səhv etdi, xalqın dəstəyini ciddi şəkildə itirdi. Metropollarda terror hadisələri törətməzdən əvvəl, xüsusilə, cənub-şərq bölgəsində xalq arasında bu və ya digər səbəblərdən (bunların içində xalqı qorxutmaq birinci planda gəlir) dəstək qazanmışdı. Ancaq böyük şəhərlərdəki aksiyalar o dəstəyi ciddi azaltdığı kimi, təbliğat savaşında da PKK terror təşkilatının ciddi şəkildə məğlubiyyətini gətirdi. Unutmamalıyıq ki, burada çoxşaxəli təbliğat savaşı da getməkdədir.

- Cənub-Şərq bцlgələrində vilayət və qəsəbə rəhbərləri terror təşkilatının ciddi məğlubiyyətə məruz qoyulmasından sonra əhalinin problemlərini sürətlə həll etməyə başlayacaqlarını və bununla xalqın rəğbətini qazanacaqlarını vurğulayırlar. Real vəziyyət necədir?

- Bölgədəki dövlət idarəçiləri deyə bilərlər, xeyli plan və layihə də hazır ola bilər. Ancaq burada önəmli olan şey dövlətin bölgədəki idarəçilərinin yox, oradakı əhalinin nə deməsidir. Bayaq da dediyim ki, burada çoxşaxəli təbliğat savaşı var. Təhlükəsizlik qüvvələrinin əməliyyatlarından sonra dövlət o bölgələrə yubanmadan lazımi investisiyaları yaparsa, üstünlüyü ələ keçirəcək. Yatırımlar yubansa, terror təşkilatı dövlətə qarşı təbliğatda bu bəhanələrdən istifadə edib, yenidən təşəbbüsü ələ ala bilər. Ona görə də, təhlükəsizlik qüvvələrinin əməliyyat keçirdiyi bölgələrdə vaxt itirmədən ehtiyac olan işlərin görülməsi lazımdır. Bir daha təkrarlayıram: hal-hazırda çox simvolik bir təbliğat savaşı gedir, təşəbbüsü ələ alan dövlət təbliğat savaşında geriyə düşməməlidir.

- Bölgəni təmsil edən HDP millət vəkillərindən bəzilərinin həbs edilməsinin 1990-cı illərin əvvəlindəki atmosferi ortaya çıxaracağına dair iddialar var. Siz necə düşünürsünüz?

- Millət vəkillərindən bəzilərinin həbs edilməsi həm təhlükəsizlik qüvvələrinin əməliyyatlarını səngitməz, həm daxildəki təhlükəsizliyin və sabitliyin təmin edilməsi sahəsində orduya yenidən böyük səlahiyyətlər verilməsini əngəlləməz, həm də terror təşkilatının bölgədə yenidən güclənməsinə səbəb olmaz. Bu, sadəcə arxasını terror təşkilatına söykəyərək TBMM-də siyasət yapmağa çalışan millət vəkillərinin mandat itirməsinə səbəb olar, siyasi hərəkatın güclənməsini də şərtləndirməz.

- İŞİD terror təşkilatının Suriyada sıxışdırıldığını və nəzarətdə saxladığı önəmli şəhərləri itirəcəyini görməkdəyik. Suriyadakı İŞİD terrorçularının bir qisminin Türkiyəyə qayıdacağı və bu duruma hazır olması üçün ABŞ-ın keçən ilin payızından bəri Türkiyəyə xəbərdarlıqları olduğu məlumdur. Sizin dəyərləndirməniz necədir?

- Suriyada sıxışdırılan və məğlubiyyəti qacınılmaz olan İŞİD üzvlərinin önəmli bir qisminin Türkiyəyə keçəcəyi heç kimdə şübhə doğurmur. Keçən ilin iyulundan bəri Türkiyə torpaqlarında terror aksiyaları törədən, son 2 ayda isə fasiləsiz şəkildə Kilis şəhərimizi top atəşinə tutan o terrorçuların Türkiyəyə gəlməsi maksimum dərəcədə əngəllənməli, ölkəyə girməsinə əngəl olunmayan İŞİD üzvləri isə ən qısa müddətdə cəmiyyətdən kənarlaşdırlmalıdır. Dövlətin bu hazırlıqları yapdığına ehtimal verirəm.

- Ötən ilin payızından başlayaraq Türkiyə Suriyanın şimalındakı PYD və YPG terrorçularının 98 km.lik məsafədə qalması üçün ABŞ-a xəbərdarlıqlar edərək bunu özünün “qırmızı cizgi"si elan etsə də, o cizgilər də tarixə qarışdı. Öz “qırmızı cizgi”sini qorumağa Türkiyənin niyə gücü çatmadı?

- Dövlət idarəçiliyi ciddiyyət tələb edir. Əgər dövlət öz təhlükəsizliyi ilə bağlı “qırmızı cizgi” elan edirsə, onu qorumaq məcburiyyətindədir. Öhdəsindən gələ bilməyəcəyi işlərlə bağlı gərəksiz bəyanatlar vermək dövlət ciddiyyətinə uyğun gəlmir. Dövlət gücünün çatacağı işlərlə bağlı bəyanatlar verib, o bəyanatların arxasında durmağı bacarmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR