Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5301 manat təşkil edib.
Avro da manata qarşı möhkəmlənib. Avrozonanın vahid valyutası manata nisbətən 0,8% bahalaşaraq 1,7347 manat olub.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,8% zəifləyərək 0,0237 manat olub.
Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,9% möhkəmlənərək 0,5293 manata enib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2636 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,95%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisi isə 0,9% ucuzlaşaraq 0,6861 manat təşkil edib.