Azərbaycanda avtomobil istehsalı azalıb

Azərbaycanda avtomobil istehsalı azalıb
# 15 may 2015 15:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahələrində 89,4 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 33,0%, nəqliyyat vasitələrinin istehsalı isə 30,6%, avtomobil və qoşquların istehsalı isə 14,1% azalıb.

Belə ki, ötən dörd ay ərzində Azərbaycanda 156 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 88% azdır. Nəticədə bu ilin may ayının 1-nə 351 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən dörd ay ərzində ölkədə 130 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,8% çoxdur. Bundan başqa, ötən aylar ərzində 210 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib.

Yanvar-aprel aylarında 295 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 33,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR