Suriya ordusu qədim Palmira şəhərini tərk edib - VİDEO

Suriya ordusu qədim Palmira şəhərini tərk edib - <span style="color: red;">VİDEO
# 20 may 2015 23:55 (UTC +04:00)

Bakı-APA. Suriyanın qədim Palmira şəhəri İŞİD terror qruplaşmasının tam nəzarəti altına keçib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Suriya ordusu mayın 20-də şəhəri tərk etmək məcburiyyətində qalıb.

Suriya ordusu şəhərətrafı müdafiə mövqelərinə çəkilərək, Homs və paytaxt Dəməşq istiqamətindəki yolları nəzarətdə saxlayır. Ölkənin Hərbi-Hava Qüvvələri terrorçuların mövqelərinə hava zərbəsi endirir.

Bundan əvvəl, Palmiradan dinc sakinlər təxliyyə edilib, ən qiymətli heykəl və barelyeflər şəhərdən çıxarılıb.

Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR